Ukrayna Rusiya ilə viza rejiminə baxır
12 avqust 2016 13:09 (UTC +04:00)

Ukrayna Rusiya ilə viza rejiminə baxır

0

Ukrayna Rusiya ilə viza rejiminin tətbiqi məsələsinə baxa bilər.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Ukrayna xarici işlər naziri Pavel Klimkin deyib.

 

“Rusiyadan gələnlərə daha çox nəzarət etmək lazımdır ki, vəziyyəti qarışdırmaq üçün səylər göstərəcək Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını və digər xüsusi təyinatlıları süzgəcdən keçirmək mümkün olsun. Rusiya bu təşəbbüsdən təbliğat arqumenti kimi istifadə edə bilər. Mediada yaşlı insanların və ya uşaqların öz yaxınlarını görə bilmədiklərinə dair xəbərlər dolaşacaq”, - deyə o vurğulayıb.

 

P. Klimkin əlavə edib ki, viza rejiminin tətbiq olunacağı halda Ukrayna konsulluqlarına əlavə 100 əməkdaş lazım olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar