Türkiyəni şoka salan terrorçu yunan adalarına qaçırılıb
05 yanvar 2017 15:48 (UTC +04:00)

Türkiyəni şoka salan terrorçu yunan adalarına qaçırılıb

Yeni il gecəsi İstanbulun məşhur “Reina” gecə klubunda qətlim törədən terrorçunun Türkiyədən qaçması barədə xəbərlər yayılıb. Lent.az xəbər verir ki, bu barədə ilk olaraq Türkiyə hökumətinə yaxınlığı ilə tanınan “Axşam” qəzeti xəbər yayıb. 39 nəfərin ölümü, 60 nəfərin isə yaralanması ilə nəticələnən terrorda iştirak etdiyi bildirilən şəxsin izinə düşən polis onun ölkədən çıxması qənaətinə gəlib.

 

Xüsusi xidmət orqanlarının da qoşulduğu axtarışlar zamanı məlum olub ki, terrorçu hadisədən sonra dəfələrlə taksi dəyişdirərək İstanbulun Zeytinburnu adlanan hissəsinə gəlib. Yanvarın 1-də isə o, Yeni Qapı meydanının yaxınlığında ailə təsiri bağışlayan iki nəfərlə qayığa minib. Buradan Balıkesirə gedən terrorçu dərhal yunan adalarına qaçırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar