Türkiyədə rekord şaxta: - 44 dərəcə
28 yanvar 2016 17:02 (UTC +04:00)

Türkiyədə rekord şaxta: - 44 dərəcə

Türkiyənin Ərdəhan bölgəsində bu ilin ən soyuq temperaturu qeydə alınıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Sibirdən gələn soyuq hava kütləsi nəticəsində Ərdəhan və Gölə bölgəsində temperatur mənfi 44 dərəcəyə qədər enib.

 

Soyuq hava şəraiti əhaliyə bir sıra çətinliklər yaradıb. Əhaliyə zərurət olmadığı təqdirdə, çölə çıxmamaq barədə xəbərdarlıq olunub.

 

Ərdəhan sakini Ergün Karabulut 5 dəqiqə belə çöldə dura bilmədiyini deyib. O bildirib ki, evdən təkcə yemək ehtiyaclarını qarşılamaq üçün çıxır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 350

Oxşar yazılar