[b]Türkiyə, Fransa və İtaliya hərbi müqavilə imzaladılar[/b]
05 yanvar 2018 20:06 (UTC +04:00)

[b]Türkiyə, Fransa və İtaliya hərbi müqavilə imzaladılar[/b]

Türkiyə, Fransa və İtaliya arasında hava hücumundan müdafiə və raket sistemlərinin birgə inkişafı və istehsalı barədə müqavilə imzalanıb.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Fransa-İtaliya birgə müəssisəsi “Eurosam” və Türkiyənin “Aselsan”, “Roketsan” şirkətləri arasındakı müqaviləyə Parisdə Fransa və Türkiyə prezidentləri arasında keçirilən görüş zamanı imza atılıb.

 

Sənədə əsasən 3 NATO ölkəsinin birgə raket proqramı 2020-ci ilin ortalarında hazır olacaq. Anlaşma çərçivəsində raket hücumundan müdafiə sistemləri, radara görünməyən hərbi təyyarələr və pilotsuz uçuş aparatlarının istehsalı nəzərdə tutulur. “Ortaq fəaliyyətlər çərçivəsində Türkiyənin hava və raket hücumundan müdafiə sistemlərinin inkişaf etdirilməsi ilə yanaşı, ixracat və üç ölkə arasında uzunmüddətli hərbi əməkdaşlıq imkanları da nəzərdə tutur”, - deyə “Eurosam”ın açıqlamasında deyilir.

 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fransaya səfər edib və həmkarı Emmanuel Makron ilə görüşüb.

 

Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri satın alınması barədə bu ölkə ilə müqavilə imzalayıb. S-400 sistemləri NATO-nun müvafiq sistemlərinə inteqrasiya olunmayacaq. Türkiyə, Fransa və İtaliya tərəfindən hazırlanacaq hava-raket hücumundan müdafiə sistemləri isə NATO-ya inteqrasiya ediləcək

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38