Yaponiyanın paytaxtı Tokio yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Fukusima prefekturasında, ocağı isə 60 km dərinlikdə yerləşib.
Zəlzələ Tokioda hiss olunub.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.