Gürcüstanda etiraz aksiyaları davam edir.
APA-nın yerli bürosu xəbər verir ki, hazırda Tbilisidə parlament binasının qarşısında ardıcıl 20-ci gündə etiraz aksiyası keçirilir. Aksiyaçıların tələbləri isə dəyişməyib. Onlar daxili işlər naziri Giorgi Qaxariyanın iyunun 20-21-də baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürməsini və istefaya getməsini tələb edirlər.
Mitinqdə müxalifət partiyalarının nümayəndəəlrinin də qatılacağı bildirlib. Hazırda Rustaveli prospketində avtomobillərin hərəkəti məhdudiyyətsiz davam edir.