Bu gün Suriyada Dəməşq-Es-Suveyda şosesində avtobus partladılıb.
APA-nın “Suriya” telekanalına istinadən verdiyi məlumata görə, terrorçuların avtobusa yerləşdirdikləri bomba məsafədən idarə edilib.
Sərnişinlər arasında çoxlu sayda yaralı var.
Qeyd edək ki, Es-Suveyda paytaxt Dəməşqdən 70 km cənubda yerləşir.