Suriya danışıqlarına 15 ölkə cəlb edilib
30 oktyabr 2015 06:59 (UTC +04:00)

Suriya danışıqlarına 15 ölkə cəlb edilib

Vyanada bu gün keçiriləcək Suriyaya dair görüşdə 15 dövlətin nümayəndələrinin iştirak edəcəyi gözlənilir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.    

 

“Görüşdə Aİ nümayəndələri də daxil olmaqla 15-dək ölkənin  iştirak edəcəyi gözlənilir”, deyə Kirbi bildirib.  

 

Qeyd edək ki, Vyanada ötən gün Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanın XİN rəhbərləri və ABŞ-ın dövlət katibinin görüşü keçirilib.

 

Oktyabrın 30-da qeyd olunan “dördlüyə” daha bir neçə dövlətin XİN rəhbərlərinin qoşulacağı gözlənilir. Onların arasında Misir, İran, İraq və Livanın da olacağı bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Oxşar yazılar