Ştaynmayer Almaniyanın 12-ci prezidenti seçilib
12 fevral 2017 17:36 (UTC +04:00)

Ştaynmayer Almaniyanın 12-ci prezidenti seçilib

Almaniyanın sabiq xarici işlər naziri Frank-Valter Ştaynmayer  ölkənin 12-ci prezidenti seçilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Almaniya prezidenti seçilmək üçün xüsusi olaraq bu məqsədlə çağırılan Federal Yığıncağın nümayəndələrinin yarıdan çoxunun dəstəyini qazanmaq lazımdır.

 

Federal Yığıncaq Berlində Reyxstaqın tarixi binasında keçirilir. Federal Yığıncağın 1260 nümayəndəsinin yarısını deputatlar, yarısını federal torpaqların parlamentlərin irəli sürdüyü nümayəndələr təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

APA Baycan

Oxşar yazılar