Cənubi Amerikada yerləşən Ekvador prezident seçkiləri keçirilib. Lent.az xəbər verir ki, ilkin nəticələrə görə seçkilərin qalibi Sosialist Partiyasının lideri Lenin Morenodur.
Onun seçkilərdə qələbə qazanması isə ölkəni qarışdırıb.
Keçmiş bankir olan digər namizəd Quillerme Lasso isə qalib gələcəyini təxmin edib öncədən qələbəsini qeyd etməyə başlamışdı. Ancaq ilkin nəticələrə görə, Morenonun qələbəyə yaxın olduğu məlum olduqda Lassos səsvermədə hiylə işlədildiyini iddia edib və səslərin yenidən sayılmasını tələb edib.
Morenonun seçkilərdə qalib gəldiyi rəsmiləşsə, ölkədə dövlət başçısı Rafael Correa ilə 2007-ci ildən başlayan solçuların idarəçiliyi davam edəcək.
Qeyd edək ki, o, 1998-ci ildə bir soyğunda kürəyindən vurulub və beldən aşağısı iflic olub.
Onu da bildirək ki, sosialist lider adını SSRİ-nin qurucusu Vladimir İliç Lenindən alıb. 1953-cü ildə anadan olan Morenoya atası sovet liderin şərəfinə Lenin adı qoyub.