Koreya Xalq Demokratik Respublikasının rəhbərliyi “Tonçhan-Ri” raket bazasında yeni nəsil raket mühərrikini sınaqdan keçirdiyi bəyan edib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, KXDR lideri Kim Çen In qeyd edib ki, keçirilən uğurlu sınaqlar ölkənin raket sənayesinin yeni mərhələyə keçdiyini təmin edib.
Onun sözlərinə görə, yeni mühərrik imkan verəcək ki, KXDR peyklərini orbitə dünyada qəbul olunan texniki səviyyədə buraxsın.