Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 273 nəfərin öldüyü bildirilirdi. Ölənlərdən 186 nəfərin kimliyi müəyyənləşdirilib. Onlardan 144-ü həddi-buluğa çatmayanlardır. Təbii fəlakət zamanı 332 nəfər xəsarət alıb. Şəhərin içməli su ilə təminatında problemlər yaşanır, evlərin 80 faizi işıqsız qalıb.
Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.
Aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayında daşqının baş verməsi olub.