Ötən gün Türkiyədə keçirilən seçkilərdən sonra qadın millət vəkillərinin sayının artdığı məlum olub.
Lent.az sozcu.com.tr-yə istinadla bildirir ki, 24 iyun seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisində (TBMM) qadın millət vəkillərinin sayı 96-ya yüksəlib. Bundan əvvəlki dönəmdə isə qadın deputatların sayı 82 olub.
24 iyun seçkilərindən 1 gün sonra hakim Ədalət və İnkişaf Partiyasının 24, HDP 24, CHP 18, MHP 4, İYİ Partiyasının 2 qadın üzvünü məclisə göndərdiyi təsdiqini tapıb.