Qazaxıstan prezidenti Nursultan Nazarbayev gənc oğlanların saqqal saxlamasını qadağan edən qanun layihəsi təklif edib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Nazarbayev ölkənin dini lideri ilə görüş zamanı məsələni müzakirə edib. O gənc oğlanların saqqal saxlaması ilə yanaşı, qısa şalvarlarına və gənc qızların bütünlüklə qaraya bürünməsinə də qarşı çıxıb.
N.Nazarbayev bildirib ki, saqqal və qısa şalvar Qazaxıstan adətlərində yoxdur: “ Gənclərimiz saqqal buraxır və şalvarlarının ayaqlarını kəsirlər. Bu da savadsızlığın nəticəsidir. Özünü bütünlüklə qaraya bürüyən qızlarımızın sayı artır. Bu, bizim adətlərimizə ziddir. Qazaxıstan xalqı ancaq yaslarda qara geyinir”.