Rusiyanın Sankt-Peterburq şəhərində 53 yaşlı azərbaycanlı qətlə yetirilib. Lent.az-ın fontanka.ru-ya istinadən verdiyi məlumata görə, adı açıqlanmayan həmyerlimiz dünən gecə saatlarında güllələnib. Naməlum avtomobildən ona 7 dəfə atəş açılıb. Güllələrdən ikisi ürək nahiyəsi dəydiyindən o, yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanılıb.
Rusiya İstintaq Komitəsindən verilən məlumatda isə bildirilir ki, mərhum 2 ay əvvəl həbsdən azad edilibmiş.