Yeni Zelandiya və Kiribati Respublikasının xilasedici qüvvələri Sakit okeanda yoxa çıxan, göyərtəsində 50 nəfərin olduğu bərənin axtarışını aparır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yanvarın 18-də Nonouti adasından çıxan bərə iki gün sonra Kiribatinin paytaxtı Tarava şəhərinə çatmalı idi.
Yanvarın 20-də yerli hökuməti tərəfindən başlanılan axtarış-xilasetmə əməliyyatına bu həftə Yeni Zelandiyanın Xilasetmə Xidməti qoşulub.