Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının mətbuat nümayəndələri üçün açıq məşqi keçiriləcək. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimizin bu gün, yerli vaxtla saat 18:00-da, Mardan otelin stadionunda baş tutacaq məşqinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.
Məşqdən öncə - saat 17:30-da isə millinin baş məşqçisi Qurban Qurbanovun və bir neçə futbolçunun brifinqi təşkil olunacaq.