Rusiyanın Yeni Urenqoy şəhərində 53 yaşlı azərbaycanlı qripdən ölüb. Lent.az-ın sever-press.ru saytına istinadən verdiyi məlumata görə, şəhər xəstəxanasının epidemioloqu Yelzeveta Şımanskaya sayta bildirib ki, həmyerlimiz virusa 1 həftə əvvəl yoluxubmuş, həkimə müraciət etməyib və nəticədə də dünyasını dəyişib.
Qeyd edək ki, dünyasını dəyişən həmyerlimiz Urenqoya keçən ilin sentyabrında işləmək üçün gedibmiş.