Qazaxıstanın Karaqanda vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 07:22-də qeydə alınan zəlzələnin episentri Almatıdan 456 km şimalda, ocağı isə 35 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.