Qazaxıstanda ötən axşam 6,3 bal gücündə zəlzələ qeydə alınıb. APA-nın “Today.kz”a istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 21.07-də qeydə alınıb.
Zəlzələnin episentri Ust-Kamenoqorskdan 352 km aralıda, Almatıdan 732 km şimal-şərqdə, yerin səthindən 10 km dərinlikdə qeydə alınıb.
Təkanlar Zaysanda 5-6 bal, Ust-Kamenoqorskda isə 3-4 bal gücündə hiss olunub.
Dağıntılar barədə hələlik məlumat yoxdur.