Putin və Netanyahu Suriyanı müzakirə ediblər
11 fevral 2018 03:38 (UTC +04:00)

Putin və Netanyahu Suriyanı müzakirə ediblər

0

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu telefon danışığı zamanı Suriya-İsrail sərhədindəki vəziyyəti müzakirə ediblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat-xidmətinin məlumatında bildirilir.

 

“Telefon danışığı zamanı Suriya ərazisindəki hədəflərə raket zərbələri endirmiş İsrail Hərbi-Hava Qüvvələrinin hərəkətləri ilə bağlı yaranmış vəziyyət müzakirə edilib”, - deyə məlumatda bildirilir.  

 

“Rusiya bölgədəki gərginliyin artmasına səbəb ola biləcək istənilən addımlardan çəkinməyə çağırıb”, - deyə məlumatda bildirilir.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar