Filippin prezidenti Rodriqo Dutertenin qatıldığı televiziya proqramında “tanrı səfehin biridir” ifadəsi ölkəni bir-birinə qatıb.
Lent.az sozcu.com.tr-yə istinadən bildirir ki, ölkənin 86 faizini təşkil edən katoliklər prezidentin bu sözündən sonra küçələrə axışıb. Etiraz ediblər. Xalqın etirazından sonra prezidentin mətbuat xidməti məsələyə qarışmalı olub. Dütertenin mətbuat xidməti prezidentin “tanrını səfeh adlandırmasının onun şəxsi fikirləri olduğunu, dövlətin din siyasəti ilə uzlaşmadığını” bəyan edib.
Qeyd edək ki, bir neçə həftə öncə Duterte Roma Papası Fransisi “rüşvətxor və qadın düşmanı” adlandırmışdı.