Polşada Yeni ildən sonra Şərq ölkələri vətəndaşlarına məxsus kababxanalara ardıcıl hücumlar edilir.
APA TV-nin məlumatına görə, Lüblində naməlum şəxslər Hindistan vətəndaşlarına məxsus “Superkabab” köşkünü rəngləyiblər. Köşkün üstünə İŞİD və İslam dini ilə bağlı təhqiramiz ifadələr yazılıb. Vroslavda isə kürd iş adamına məxsus “Kebab House” kafesi daşa basılıb. Vroslavda naməlum şəxslər “Kuki” kafesinə də hücum ediblər. Onlar kafeyə içərisində yandırıcı maddə olan butulka atıblar. Nəticədə yanğın olub.
Kütləvi iğtişaşlar Polşanın Elk şəhərində yanvarın 1-də başlayıb. Yeni ilə gecəsi “Prince Kebab” kafesinin qarşısında dava olub və 21 yaşlı yerli sakin qətlə yetirilib İstintaqın məlumatına görə. yerli gənc kafedən hesabı ödəmədən getmək istəyib. Kafenin Tunis və Əlcəzairdən olan aşpazı və sahibi ilə gənc arasında münaqişə yaranıb və yerli sakin qətlə yetirilib. Bundan sonra yüzlərlə yerli sakin kafeyə hücum edib, oranı yandırıb. Kafenin sahibinin digər obyektinə də od vurulub. Kütləvi iğtişaşlar zamanı 28 nəfər saxlanılıb.