<b>Türkiyədə PKK 5 hərbçini şəhid edib</b>
25 may 2017 18:04 (UTC +04:00)

Türkiyədə PKK 5 hərbçini şəhid edib

 

Türkiyədə PKK-ya qarşı aparılan əməliyyatlar zamanı 4 əsgər və bir kənd qorucusu şəhid olub.

 

Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, Vanın Çaldıran qəsəbəsində üç TIR-ın terrorçular tərəfindən yandırılmasından sonra başladılan əməliyyatlar zamanı 3 əsgər və bir qorucu şəhid olub. 4 əsgər isə ağır yaralanıb. Yaralılar şəhər mərkəzindəki dövlət xəstəxanasına çatdırılıb.

 

Bununla yanaşı, bir şəhid xəbəri də Hakkaridən gəlib. Hakkarinin Şəmdilli vilayətində bir əsgərin şəhid olması bağlı məlumat yayılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256

Oxşar yazılar