ABŞ prezidenti Barak Obama prezidentlik postunu təhvil verəcəyi Donald Trampa xəbərdarlıq edib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Trampdan ABŞ qanunlarına hörmət etməsini istəyən Obama şirkət və dövləti idarə etmək arasında böyük fərq olduğunu xatırladıb.
Obama Trampa Ağ Evi “ailə şirkəti kimi" idarə etməməsi barədə xəbərdarlıq edib: “And içib prezidentlik postunu təhvil aldıqdan sonra artıq dünyanın ən böyük quruluşunun başına keçəcəksən. Ondan sonra dünyanın dörd bir yanından insanlar Trapmın söylədiklərini ciddiyə alacaq”.
B.Obama Rusiyanın Trampın zəfər qazandığı prezident seçkilərinə müdaxilə etmək məqsədi ilə kiber hücumlar təşkil etməsinə də toxunub və bunu ciddiyə almadığını deyib.
Qeyd edək ki, Tramp yanvarın 20-si rəsmən prezidentlik postuna əyləşəcək.