İsrailin baş naziri Binyamin Netaniyahu gələn həftə Rusiyaya səfər etməyi planlaşdırır.
Lent.az-ın məlumatına görə, bu haqda Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
O, dəqiq tarixin hələlik təyin olunmadığını da bildirib.
Bəzi informasiya vasitələri ehtimal edib ki, səfər çərçivəsində Rusiyanın Suriyaya silahı satışı məsələsi başlıca müzakirə mövzusu olacaq.