NATO-nun baş katibi: “Rusiya ilə dialoq vacibdir”
23 mart 2017 02:32 (UTC +04:00)

NATO-nun baş katibi: “Rusiya ilə dialoq vacibdir”

Gərginlik dövründə Rusiya ilə dialoqu davam etdirmək xüsusilə vacibdir.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının toplantısında bəyan edib.

 

“Gərginliyin yüksək olduğu vaxtda siyasi və hərbi kanalların açıq saxlanılması mühüm əhəmiyyət kəsb edir. Biz bir-birimiz ilə ünsiyyətdə olmalıyıq", deyə Y.Stoltenberq bildirib.

 

Onun sözlərinə görə, son iki il ərzində ilk dəfə NATO-nun Hərbi Komitəsinin rəhbəri Pyotr Pavel və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Qerasimov arasında telefon danışığı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar