Mursi  «dövləti xəyanət və casusluq»da mühakimə olunacaq
19 dekabr 2013 05:29 (UTC +04:00)

Mursi  «dövləti xəyanət və casusluq»da mühakimə olunacaq

Misir prokurorluğu devrilmiş prezident Məhəmməd Mursiyə qarşı ittihamı elan etmək niyyətindədir.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, M.Mursi «dövləti xəyanət və casusluqda» ittiham olunacaq.

 

Prokurorluq bildirib ki, Məhəmməd Mursi, «Müsəlman qardaşları»nın lideri Məhəmməd Bədia, eləcə də onun iki müavini xarici dövlətlərin xeyrinə «casusluqla» məşğul olub, xaricdəki terrorçu təşkilatlarla bu yöndə əməkdaşlıq ediblər.

 

Xarici teroor təşkilatları sırasında «HƏMAS» və «Hizbullah»-ın adları hallanır.

Dekabrın 18-də ölkənin baş prokuroru Hişam Bərəkət yeni cinayət işinin başlanması haqda göstəriş verib.

 «Müsəlman qardaşlarının» daha 34 lideri də uyğun iddia ilə ittiham olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603
avatar

Oxşar yazılar