Moskvada OMON daha bir bazara basqın etdi
28 oktyabr 2013 16:58 (UTC +04:00)

Moskvada OMON daha bir bazara basqın etdi

Bu gün Rusiyanın paytaxtı Moskvanın Qolyanov rayonunun Amursk küçəsində yerləşən Viktoriya Ticarət mərkəzi və onun yaxınlığındakı böyük meyvə-tərəvəz bazasına OMON tərəfindən hücum olub. 

 

Bu barədə Lent.az-ın Moskvaya ezam olunmuş müxbirinə həmyerlimiz İdrak Camalbəyli məlumat verib.

 

Onun sözlərinə görə, bazarı bağlayan OMON əməkdaşları burada fəaliyyət göstərən azərbaycanlıların sənədlərini yoxlayırlar.

 

Xatırladaq ki, bu gün günorta saatlarında Moskvada yerləşən “Sadovod” meyvə-tərəvəz bazasında da OMON tərəfindən bu formada yoxlama aparılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1794
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar