Bu gün əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvada 36 aviareys təxirə salınıb, 13 aviareys ləğv edilib.
APA-nın “RT”-yə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 21.55-ə olan məlumata görə, Domodedovo aeroportunda 9 reys təxirə salınıb, 12 reys ləğv edilib.
Həmçinin "Şeremetyevo"da 17 uçuş təxirə salınıb, "Vnukovo"da isə 10 uçuş təxirə salınıb, 1-i ləğv edilib.
Bundan əvvəl sinoptiklər yanvarın 27-də Moskvada küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.