Moskvada müxalif “Tərəqqi” partiyasının üzvləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskva icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 500 nəfər saxlanılıb və polis idarəsinə aparılıb.
Məlumata görə, saxlanılanlardan bibər qazlı balonlar, travmatik tapançalar və patronlar aşkar edilərək götürülüb.
Xatırladaq ki, qeydiyyatı ləğv olunan “Tərəqqi” partiyası martın 26-da Moskvanın mərkəzində yürüş və mitinq keçirməyə planlaşdırırdı.