Moskva metropoliteninin “1905-ci il küçəsi” stansiyasının yeraltı keçidində inşaat taxtabəndlərin uçması nəticəsində 5 nəfər xəsarət alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 4 nəfərin vəziyyəti qənaətbəxş, 1 nəfərin isə - orta ağırdır.
İnsidentin baş vermə səbəbləri araşdırılır.