Misir hərbçiləri İŞİD terror qruplaşmasının yerli özəyinin liderlərindən birini məhv edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hava zərbəsi nəticəsində öldürülənin “Sinay əyaləti” ekstremist qruplaşmasının liderlərindən biri Əbu əl-Ənsari olduğu məlum olub.
İŞİD qruplaşması əl-Ənsarinin Sinay yarımadasında öldürüldüyünü təsdiqləyib.
Misir KİV-lərinin məlumatına görə, Əbu əl-Ənsari İŞİD-ə sədaqət andı içən və əvvəllər “Ənsər Beyt əl-Makdis” adı ilə tanınan “Sinay əyaləti” qruplaşmasının yaradıcılarından biri olub.
Qeyd edək ki, Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.