Türkiyənin tanınmış prodüseri Atiye Rezzan Metin faciəvi şəkildə vəfat edib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, məşhur prodüsserin ölümünə evində baş vermiş yanğın səbəb olub. Hadisə ötən gün İstanbulun Beykoz rayonunun Almalı qəsəbəsində baş verib. Prodüserə məxsus 2 mərtəbəli ev naməlum səbəblərdən yanıb. Hadisə şahidləri polisə, yanğınsöndürmə xidmətinə məlumat veriblər. Alov söndürülsə də, 65 yaşlı prodüserin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Atiye Rezzan Metin “Hatırla, sevgili”, “Bu kalb seni unuturmu?”, “Gönülçelen”, “Neşeli hayat” bu kimi serialların prodüseri olub.