“Əmirovun 700 nəfərlik yaraqlısı Dağıstanı qarışdıra bilər” - YENİLƏNİB
03 iyun 2013 18:45 (UTC +04:00)

“Əmirovun 700 nəfərlik yaraqlısı Dağıstanı qarışdıra bilər” - YENİLƏNİB

Dağıstanda xüsusi rejimi tətbiq olunub.

 

Lent.az-ın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin daxili qoşunlarının əsgərləri, Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları, yerli  polis Mahaçqala, Kizlyar, Dərbənd və Levaşinsk rayonunda vəziyyəti xüsusi nəzarətə götürüb.

 

Məlumata görə, məhz Levaşinsk rayonundakı darginlər yaşayan kəndlərdə ötən şənbə həbs edilmiş Dağıstan meri Səid Əmirovun tərəfdarları yaşayır. Xüsusi xidmət orqanlarından “İzvestiya”ya daxil olan məlumata görə,  Səid Əmirovun 700 tərəfdarından ibarət yaxşı təlim görmüş və silahlanmış dəstəsi var. Bu dəstənin üzvləri bir siqnalla çox qısa müddətdə bir araya gələrək Dağıstanın istənilən nöqtəsində hərəkətə keçə, respublikanı qarışdıra bilər. Məhz buna görə də, federal qüvvələr səbəbdən maksimum şəkildə təhlükəsizlik tədbirləri görülüb.

-

01.06.2013 / 19:44

 

Mahaçqala meri Moskvaya aparıldı, həbslər davam edir

 

Bir qədər əvvəl həbs edilmiş Mahaçqala şəhərinin meri Səid Əmirov xüsusi təyyarəylə Moskvaya aparılıb. Lent.az-ın məlumatına görə, bu barədə Dağıstan Dövlət Televiziyası xəbər verib.


Məlumata görə, Əmirovla bərabər onun qardaşı oğlu Yusup Cəfərov, habelə adları açıqlanmayan daha 12 nəfər saxlanılıb. Onların hamısı Əmirovla bərabər Rusiya paytaxtına aparılıblar.
 

Dağıstan mətbuatının yazdığına görə, Səid Əmirov çoxsaylı qətllərin sifarişində ittiham olunur. O, iki gün əvvəl saxlanılmış Sirajudin Quçuçalievin ifadələri əsasında tutulub. Quçuçaliyev isə Mahaçqala yaraqlılarının liderlərindən sayılır.
 

Dağıstan KİV-i həbslərin davam edəcəyini deyirlər.

 

 

*****

18.57

 

 

Mahaçqala meri həbs olundu

 

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın icra hakimiyyətinin başçısı Səid Əmirov həbs olunub. Lent.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə,başçı ağır cinayətlərdə iştirakda şübhəli bilinir.

 

O, Rusiya Daxili İşlər Nazirliyi və Təhqiqat Komitəsinin Şimali Qafqaz dairəsi üzrə əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində yaxalanıb. Hazırda Mahaçqala icra hakimiyyətində və merin evində axtarış aparılır. Əmirovun evinə aparan yollar zirehli transportyorlar və xüsusi təyinatlılar tərəfindən bağlanıb. Onun özü isə helikopterlə şəhərdən çıxarılıb.

 

Daha öncə Dağıstanın Kaspiysk rayonunda şəhər merinin müavini, Əmirovun qardaşı oğlu Yusup Cəfərov saxlanılıb. Cəfərov narkotik alveri ilə məşğul olan və hüquq-mühafizə orqanları əməkdaşlarını qətlə yetirən cinayətkar qruplaşmada iştirakda şübhəli bilinir.

 

Dağıstanın Prezident Administrasiyası Əmirovun tutulduğunu təsdiqləyib və ona qarşı cinayət işinin qaldırıldığını açıqlayıb. Hələlik Mahaçqala meri səlahiyyətlərini müavinlərdən biri yerinə yetirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7088
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar