Kolumbiyada sel qurbanlarının sayı 273-ə çatdı
04 aprel 2017 06:06 (UTC +04:00)

Kolumbiyada sel qurbanlarının sayı 273-ə çatdı

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində ölənlərin sayı 273 nəfərə çatıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 262 nəfərin öldüyü bildirilirdi.

 

Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

 

Aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayında daşqının baş verməsi olub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 317
avatar

Oxşar yazılar