ABŞ-da prezident seçkilərində Donald Trampa məğlub olan Hillari Klinton Nyu-Yorkun meri postuna namizədliyini irəli sürə bilər.
APA-nın xəbərinə görə, bu barədə “New York Daily News” qəzeti yazıb.
Məlumatlı mənbəyə istinad edən qəzetin yazdığına görə, şəxsi söhbət zamanı sabiq dövlət katibi Nyu-Yorkun meri postu uğrunda mübarizəyə qoşulacağını istisna etməyib.
Qeyd edək ki, Nyu-York merinin seçkiləri noyabrın 7-də baş tutacaq.