Kerri Trampı “Twitter”ə görə qınadı
08 yanvar 2017 04:25 (UTC +04:00)

Kerri Trampı “Twitter”ə görə qınadı

ABŞ-ın dövlət katibi Con Kerri hesab edir ki, yeni seçilmiş prezident Donald Trampın “Twitter” sosial şəbəkəsindəki səhifəsi beynəlxalq siyasi məsələlərlə bağlı ünsiyyət qurmaq üçün yaxşı vasitə deyil.  

 

APA-nın “ABC News” telekanalına istinadən verdiyi xəbərə görə, bunu Con Kerri Trampın Rusiya və Tayvan kimi beynəlxalq məsələlərlə bağlı tvitləri barədə aparıcının sualına cavabında bildirib.    

 

“Mən beynəlxalq siyasətə dair “Twitter”-də bəyanat vermirəm. Düşünmürəm ki, 140 işarə sizə  adekvat şəkildə mürəkkəb seçimlərin öhdəsindən gəlməyə imkan verir”, deyə Kerri bildirib.     

 

Dövlət katibi ABŞ hakimiyyətinin digər ünsiyyət vasitəsi seçəcəyinə ümidvar olduğunu bildirib: “Lakin bu yeni administrasiyadan asılır”.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331
avatar

Oxşar yazılar