ABŞ Suriyada münaqişənin diplomatik yolla nizamlanmasında Rusiya, Türkiyə və İranla yarışmır, əksinə, bu səyləri dəstəkləyir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri bildirib.
Kerri Rusiya və Türkiyə XİN rəhbərləri ilə Suriya ilə bağlı Astana görüşünün Cenevrə müzakirələrinə necə dəstək verə biləcəyinə dair danışıqlar apardığını bildirib.
Qeyd edək ki, Suriya münaqişəsinin nizamlanmasına dair görüşün Astanada yanvarın 23-də, Cenevrədə isə fevralın 8-də keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Suriyadakı münaqişə tərəflərinə danışıqlar prosesini Astanada keçirilməsinin təklif olunması barədə Ərdoğanla razılığa gəldiyini bildirib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu təşəbbüsü dəstəkləyib və ölkəsinin paytaxtında danışıqlar üçün şərait yaratmağa hazır olduğunu bildirib.