Kanada ərazisində Torontodan Kosta-Rikanın San-Xose şəhərinə uçan təyyarənin burulğana düşməsindən sonra 3 sərnişin xəsarət alıb.
Lent.az-ın “report”a istinadən xəbərinə görə, "Air Canada" aviaşirkətinə məxsus təyyarənin heyət üzvləri hadisədən sonra hava limanına geri qayıtmaq barədə qərar qəbul ediblər.
Təyyarə eniş etdikdən sonra xəsarət alanlardan 2-si xəstəxanaya yerləşdirilib, daha birinə hava limanında tibbi yardım göstərilib.
Telekanalın məlumatına görə, zərərçəkənlərdə cüzi xəsarətlər var.
Hava gəmisi hadisə nəticəsində zərər çəkməyib.