Jurnalist məktub yazıb özünü güllələdi
28 avqust 2016 11:29 (UTC +04:00)

Jurnalist məktub yazıb özünü güllələdi

Ukraynada rusiyalı jurnalist, “Yeni Region” agentliyinin təsisçisi Aleksandr Şetinin cəsədi tapılıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, başında güllə yarası olan jurnalistin cəsədi Kiyevdəki mənzilinin eyvanında  tapılıb.

 

A. Şetinin cəsədini ilk olaraq onun ad gününü təbrik etmək üçün mənzilinə gələn dostları aşkarlayıb. Cəsədin yaxınlığında jurnalistin ölümündən əvvəl yazdığı məktub, travmatik tapança və giliz tapılıb. Jurnalistin intihar etdiyi ehtimal olunur.

 

Polis araşdırma aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

APA Baycan

Oxşar yazılar