İtaliyada turistlərin olduğu adada vulkan püskürüb
04 iyul 2019 05:44 (UTC +04:00)

İtaliyada turistlərin olduğu adada vulkan püskürüb

 

Siciliya adasının şimalındakı Stromboli adasında yerləşən vulkan oyanıb. Bir neçə partlayışdan sonra vulkandan səmaya tüstü qatı qalxıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Şahidlərin bildirdiyinə görə, vulkanın zirvəsindən aşağıya doğru iki lava axını müşahidə edilib. Vulkandan püskürən yanar təbəqə turistlərin istirahət etdiyi ada boyunca səpilib.

Sahil mühafizəsi və təhlükəsizlik qüvvələri ada sakinlərini və turistləri təxliyyə etməyə hazır vəziyyətə gətirilsə də, ada rəhbərliyi buna hələlik bir lüzum görməyib.

Bununla belə, “Corriere della Sera” qəzeti Messina şəhərinin yanğından mühafizə xidmətinə istinadən bildirib ki, vulkan püskürməsi nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668
avatar

Oxşar yazılar