İstanbulda yenidən zəlzələ oldu: BU DƏFƏ ...
Türkiyənin İstanbul şəhərində yenidən zəlzələ baş verib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ ölkə saatı ilə 14:00-da (yerli vaxtla 15:00) baş verib. Zəlzələdən sonra telefon xətlərində problemlər yaranıb.
Qeyd edək ki, Kandilli Rəsədxanası zəlzələnin 5.7 bal, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) 5,8 bal gücündə baş verdiyini bildirib.
Əlavə edək ki, bu gün səhər saatlarında Türkiyənin Silivri şəhərində də 3,6 bal gücündə zəlzələ baş verib.
Xatırladaq ki, sentyabrın 24-də də İstanbulda iki dəfə zəlzələ baş vermişdi. Belə ki, ilk zəlzələ 3,1 bal, ikinci dəfə - yarım saat sonra isə 4,6 bal gücündə baş verib.
1200