 
                            
                        İstanbulda metro 24 saat işləyəcək
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Türkiyənin İstanbul şəhərində metro 24 saat fəaliyyət göstərəcək.
	Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlu bildirib. O qeyd edib ki, uzun müddətdir düşünülən bu qərara  avqustun 30-da saat 00:30-dan başlanılacaq:
	“Daha çox istifadə edilən 6 metro stansiyasında bu tətbiq ediləcək və istifadə üçün saat 00:30-05:30 arasında sərnişinlərdən iki biletin haqqı alınacaq”.
	E.İmamoğlu əlavə edib ki, ehtiyac yaranacağı təqdirdə daha bir neçə metronun da bu rejimdə işləməsi baş tuta bilər.
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0
                                        
                                     
                 
    