İŞİD bir neçə yaşayış məntəqəsini zəbt etdi
06 may 2016 02:13 (UTC +04:00)

İŞİD bir neçə yaşayış məntəqəsini zəbt etdi

İŞİD silahlıları Liviyada bir neçə yaşayış məntəqəsini zəbt ediblər.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, terrorçular Əbu Qreyn şəhərini və bir neçə kiçik yaşayış məntəqəsini tam nəzarətə götürüblər.

 

Yerli “Əl Vasat” nəşrinin məlumatına görə, “Misurata briqadası”nın geri çəkilməsi silahlıların uğur əldə etməsinə səbəb olub.  

 

Məlumata görə, silahlılar hücuma keçməzdən əvvəl minalanmış avtomobillərlə misuratalıların blokpostlarını partladıblar. Partlayışlar nəticəsində xeyli sayda ölənlərin olduğu bildirilir. Şahidlərin məlumatlarına əsasən, terrorçular zəbt etdikləri ərazilərdə blokpostlar quraraq, yoldan keçən bütün avtomobilləri saxlayırlar. Polis əməkdaşları və hərbçilər terrorçular tərəfindən dərhal qətlə yetirilir.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar