İranlı hüquqçular təkrar edamın ləğvini istəyir
17 oktyabr 2013 23:32 (UTC +04:00)

İranlı hüquqçular təkrar edamın ləğvini istəyir

İranda bir qrup hüquqçu təkrar edamın ləğvi ilə bağlı ölkənin Ədliyyə Nazirliyinə müraciət edib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ötən həftə narkotik maddələrin satışı və qaçaqmalçılığı ittihamı ilə dar ağacından asıldıqdan bir sutka sonra morqda özünə gələn  37 yaşlı məhbus Əlirza adlı şəxsin yenidən asılacağı haqda xəbərlər yayıldı.

 

Hadisə İranın Şimali Xorasan əyalətinin mərkəzi Bucnurd şəhərində baş verib.O, Bucnurddakı həbsxanasında edam edilib. 12 dəqiqə dar ağacından asılı vəziyyətdə qalıb.Həkimlər də onun ölməsini təsdiqləyiblər.

 

Üç il bundan əvvəl həbs edilərək ölüm cəzasına məhkum olunmuş məhbusun cəsədinin ertəsi gün dəfn olunmaq üçün ailəsinə təhvil verilməsi qərara alınıb. Meyit İran Məhkəmə Tibbi Ekspertizasının morquna göndərilib. Ancaq  ertəsi gün meyitxananın işçilərindən biri onun nəfəs aldığını görüb, daha sonra məhbus dövlət xəstəxanalarından birinə köçürülüb.

 

Hazırda polis nəzarəti altında saxlanılan Əlirzanın sağlıq durumunun yaxşılaşdığı bildirilir  Ailəsinin onun həyatda olmasına sevinməsə də, məhbusun yenidən asılacfğınndan kədərləniblər.

 

Hakim deyib ki, onlar bu kimi hallarla bağlı ayətullah Behcət və ayətullah Safi Gülpayəqaninin kitablarındakı rəyini nəzərə alaraq, həmin şəxsin yenidən edam olunmasını istəyirlər. Onun sözlərinə görə, onlar Əlirzanın tam sağaldığını gözləyirlər və həkimlər onun səhhətinin normal vəziyyətə qayıtdığını təsdiqlədikdən sonra onu yenidən asacaqlar.

 

Əlirzanın dirildikdən sonra yenidən asılacağı haqda yayılan məlumatlar beynəlxalq hüquq müdafiəçilərinin kəskin etirazına səbəb olub. «Amnesty İnternational» beynəlxalq təşkilatının rəsmisi Filip Loter bəyanat yayaraq iranlı məhbusun təkrar edamının dayandırılmasını tələb edib: «Bu şəxsin əvvəlki edamdan sonra vəhşət içində yenidən dar ağacının əzabına rəva görülməsi qəbuledilməzdir. Bu yalnız ölüm hökmünün nə qədər qeyri-insani bir hökm olduğunu sübut edir».

 

İranda tanımış din adamları onun hətta əfv edilməsini təklif edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42