İranın Fars vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.
APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:21-də qeydə alınıb.
Zəlzələnin episentri Darab şəhərindən 83 km cənub-şərqdə, ocağı isə 28 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.