İranda biri Əfqanıstan vətəndaşı olmaqla, 6 nəfər edam edilib.
APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən 27 yaşlı əfqanın üzərindən 1,97 kiloqram narkotik maddə tapılıb. Digər 5 nəfər isə qadına qarşı təcavüz etməkdə günahlandırılıb.
Yerli məhkəmənin çıxardığı ölüm hökmü dekabrın 27-də səhər saatlarında icra olunub.
Əfqan Simnanda, qalan 5 nəfər isə Yasuc şəhərində edam edilib.