İndoneziyada 7 bal gücündə zəlzələ olub
08 iyul 2019 01:44 (UTC +04:00)

İndoneziyada 7 bal gücündə zəlzələ olub

 

İndoneziya sahillərində güclü zəlzələ baş verib.

APA “Life”a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, klimatologiya və geofizika üzrə Mülki İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələ 7,0 maqnituda gücündə olub.

Ternate şəhərinin 129 kilometrliyində qeydə alınan yeraltı təkanların ocağı 36 km dərinliyə təsadüf edib.

Dağıntılar və tələfat barədə hər hansı məlumat verilmir. Sunami təhlükəsi barədə də xəbərdarlıq edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Oxşar yazılar