İdlibdəki vəziyyət BMT TŞ-də müzakirəyə çıxarılır
05 aprel 2017 03:21 (UTC +04:00)

İdlibdəki vəziyyət BMT TŞ-də müzakirəyə çıxarılır

0

BMT Təhlükəsizlik Şurası aprelin 5-də saat 10.00-da Suriyanın kimyəvi silahdan istifadə edilmiş İdlib şəhərində yaranmış vəziyyəti müzakirə edəcək.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi (apreldə sədrlik edir) Nikki Heyli bildirib.  O, məsələ ilə bağlı BMT TŞ iclasının təcili çağırıldığını bildirib.  

 

Bundan əvvəl Fransa XİN rəhbəri Jan-Mark Eyro Suriyada kimyəvi silahdan istifadə ilə bağlı BMT TŞ iclasının təcili çağırmaq lazım olduğunu bildirib 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 375

Oxşar yazılar